Yasamal rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Məlikov saxlanılıb
02.11.2024Yasamal rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı A.Məlikov müəyyən olunaraq avtomobillə saxlanılıb.
Araşdırma aparılır.