Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
09.10.2024
Oktyabrın 9-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 1 tapança, 2 qumbara, 5 tüfəng, 1 patron darağı və 45 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 12,3 kiloqramdan artıq narkotik vasitə və 145 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 12,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 145 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatını oğurlamaqda şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev saxlanılıblar
Oktyabrın 5-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Sadıqov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrindən birinin işçisinə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən S.Rüstəmov saxlanılıb
Oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb. O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.
Səbail rayonu ərazisində yerləşən bir evdən oğurluq etməkdə şübhəli bilinən S.Alışov saxlanılıb
Oktyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində yerləşən bir evin saxlanc yerindən 1000 manat dəyərində kondisioner yuyan aparat, boru və təmir alətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı S.Alışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.