Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər və Abşeron rayonlarında mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb
10.10.2024
Xəzər və Abşeron rayonlarında mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Buzovna qəsəbəsində “Nissan” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən M.Mahmudov, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən E.Həsənov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 10-da gecə saatlarında rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 26 yaşlı E.Həsənov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 7-də şəhər sakini olan bir nəfərin bank kartından 130 manatını oğurlamaqda şübhəli bilinən 51 yaşlı İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində şirkətlərdən birinə məxsus skuterin GPS-ni oğurlamaqda şübhəli bilinən E.Qafarov saxlanılıb
Nəsimi rayonu ərazisində şirkətlərdən birinə məxsus skuterin GPS-nin oğurlanması barədə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Qafarov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 10–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 132 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 14,8 kiloqramdan artıq narkotik vasitə və 140 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 10-da ümumi çəkisi 14,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 140 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib. Nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.