Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
11.10.2024
Oktyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb
Oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 pulemyot, 3 tapança, 1 qumbaraatan, 8 tüfəng, 3 patron darağı və 6 ədəd patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 11-də ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən 57 yaşlı İ.Muradxanov və 52 yaşlı P.Qaraşov müəyyən olunaraq saxlanılıb
Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuşlar 57 yaşlı İ.Muradxanov və 52 yaşlı P.Qaraşov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən 29 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 10-da axşam saatlarında Yeni Günəşli qəsəbəsi ərazisindən “Nissan” markalı avtomobili qaçıraraq yol kənarında dayanmış “Toyota” markalı avtomobilə vurmaqda şübhəli bilinən 29 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
10.10.2024
Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində ümumi dəyəri 1000 manatdan artıq velosipedlər oğurlamaqda şübhəli bilinən E.Süleymanov və 2 yeniyetmə saxlanılıb
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində ayrı-ayrı vaxtlarda 4 nəfərin ümumi dəyəri 1000 manatdan artıq velosipedlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 19 yaşlı E.Süleymanov və daha 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.