Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
05.11.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 tapança, 8 tüfəng, 9 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.