Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində iki evdən və bir avtomobil təmiri sexindən oğurluq etməkdə şübhəli bilinən R.Nuriyev saxlanılıb
14.10.2024
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən 2300 manat dəyərində qızıl-zinət əşyaları və 600 manat pul, bir avtomobil təmiri sexindən isə 6000 manat dəyərində ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 22 yaşlı R.Nuriyev müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vaxtlarda 3 nəfərin 120, 100 və 95 manat olmaqla ümumilikdə 315 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı R.İsmayılov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 40 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə və 498 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 14-də ümumi çəkisi 8,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 498 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib. Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub
13.10.2024
Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis ahıl yaşlı şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb
Yaşlı nəslin nümayəndələrinə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Belə ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib. Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ kelçirildiyi məlum olub.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən N.Quliyev saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı N.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.