Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindən bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən E.Veyisov saxlanılıb
13.10.2024
Nəsimi rayonu ərazisindən bir nəfərin 1500 manat dəyərində mopedinin oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı E.Veyisov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 12-də və 13–də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 qumbara, 1 alışdırıcı, 11 tüfəng aşkar edərək götürüblər.
Ümumi çəkisi 12,4 kiloqrama yaxın narkotik vasitə və 1058 ədəd müxtəlif adda psixotrop tərkibli həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 12-də və 13-də ümumi çəkisi 12,4 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1058 ədəd müxtəlif adda psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 12-də və 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 12-də və 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
12.10.2024
Oktyabrın 12-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu ərazisində yerləşən təmir sexlərinin birindən avtomobil qaçırmaqda şübhəli bilinən S.Təhməzov saxlanılıb
Oktyabrın 11-də axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən təmir sexlərinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada usta işləyən 28 yaşlı S.Təhməzov avtomobillə saxlanılıb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.Allahyarov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evlərin birindən 4500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 28 yaşlı S.Allahyarov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini olan 80 yaşlı qadına qarşı dələduzluq əməlini törətməkdə şübhəli bilinən X.Ağamirov saxlanılıb
Polisə müraciət edən Bakı şəhər sakini olan 80 yaşlı qadın onu aldadan şəxsin 2000 manat və 2000 ABŞ dollarını ələ keçirdiyini bildirib. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı X.Ağamirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlanılıb
Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Belə ki, paytaxt sakini olan 88 yaşlı bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxlayaraq qızının yol-nəqliyyat hadisəsi törətdiyini daha sonra mənzilə gələn naməlum şəxsə 15 min manat verdiyi barədə polisə müraciət edib.Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb. L.Akimova, “Telegram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edirik.