Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
29.11.2024Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.