Xırdalan şəhər sakini olan bir qadının bank kartından 240 manatını oğurlamaqda şübhəli bilinən R.İsmayılov saxlanılıb
30.11.2024Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan qadının bank kartından 240 manatını oğurlamaqda şübhəli bilinən 20 yaşlı R.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.