Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxsləri saxlayıb

01.12.2024

Noyabrın 30-da səhər saatlarında Ceyranbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 22 yaşlı C.Məmmədli avtomobillə birgə saxlanılıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində aşkar olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.

01.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması təmin olunub 01.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 01.12.2024
  • Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə və 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 01.12.2024
  • Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib 01.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 01.12.2024
  • Polis Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxsləri saxlayıb 01.12.2024
  • Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində bir nəfərin pulqabısını oğurlamaqda şübhəli bilinən A.Abdullayev saxlanılıb 01.12.2024
  • Binəqədi rayonu ərazisində oğurluğa cəhd göstərən 3 nəfər polis əməkdaşları tərəfindən yaxalanıb 01.12.2024