Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə polis profilaktik tədbir keçirib

19.12.2024

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı Sumqayıt şəhərində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib.
Şəhər ərazisində keçirilən profilaktik tədbirlərin davamı olaraq avtomobili spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən və sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən aşkar olunublar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Youtube linki - https://www.youtube.com/watch?v=VEw2pZdYsGU

 

19.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub 19.12.2024
  • Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb  19.12.2024
  • Səbail rayonunda 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən M.Təhməzli saxlanılıb 19.12.2024
  • Sumqayıt şəhərinin Xəzər bağlar sahəsində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən M.Ağayev saxlanılıb 19.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 19.12.2024
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 19.12.2024
  • Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə və 450 ədəd metadon həbi götürülüb 19.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 19.12.2024
  • Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə polis profilaktik tədbir keçirib 19.12.2024