Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən F.Tağıyev saxlanılıb
18.12.2024Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından içərisində 2640 manatı, bank kartı və sənədləri olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı F.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.