Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindən motosiklet qaçırmaqda şübhəli bilinən yeniyetmə motosikletlə birgə saxlanılıb
14.12.2024
Nəsimi rayonu ərazisindən “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə motosikletlə birgə saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xırdalan şəhər sakininin 2 bank kartından 3293 manat və 2000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən R.Əhmədli saxlanılıb
Xırdalan şəhər sakininin 2 bank kartından 3293 manat və 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı R.Əhmədli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
13.12.2024
Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakinindən hədə-qorxu gələrək 10000 manat tələb etməkdə şübhəli bilinən C.Hacıyev saxlanılıb
33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10000 manat tələb etməsi barədə polisə müraciət edib.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Metroda bir qadının çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən A.Fərzəliyev saxlanılıb
Metropolitendə Polis İdarəsinə müraciət edən qadın çantasından içərisində 950 manatı, sənəd və bank kartı olan pulqabısının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı A.Fərzəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini olan 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən V.Səfərov və İ.Musayev saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan 3 nəfərin ümumilikdə 78770 manatını, bir nəfərin isə 3000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 4 patron darağı və 181 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 2,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 13-də ümumi çəkisi 2,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.