Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
11.12.2024
Polis əməkdaşlarının dekabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
10.12.2024
Dekabrın 10-da ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Binəqədidə oğurluq edən 2 nəfəri saxlayıb
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov müəyyən olunaraq saxlanılıb.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə qəsəbə ərazisində yerləşən idman meydançasında bir nəfərin içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən 33 yaşlı T.Fehruzlu saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Abşeron rayonu ərazisində 5 avtomobildən oğurluq etməkdə şübhəli bilinən X.Əkbərov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “VAZ-2102” və “Khazar” markalı iki avtomobildən dövlət qeydiyyat nişanlarını, 3 avtomobildən isə pul, sənəd, bank kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı X.Əkbərov saxlanılıb.Onun daha 2 mağazadan, bir evdən və bir nəfərdən oğurluq etməsi də müəyyən edilib. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 10-da polis əməkdaşları 3 tüfəng aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
09.12.2024
Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manat oğurlamaqda şübhəli bilinən Z.Məmmədov saxlanılıb
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.