Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib

23.01.2025

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 11 fakt aşkarlanıb. Mülkiyyət eleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Youtube linki: https://youtu.be/nVctRFdpP7I

 

23.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub 23.01.2025
  • Binəqədi rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb 23.01.2025
  • Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb 23.01.2025
  • Sabunçu rayonunda oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb 23.01.2025
  • Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Səfixanlı və O.Qarayev saxlanılıb 23.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 23.01.2025
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 23.01.2025
  • Ümumi çəkisi 97,2 kiloqrama yaxın narkotik vasitə və 80 ədəd metadon aşkar olunaraq götürülüb 23.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.01.2025
  • Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib 23.01.2025
  • Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb 23.01.2025
  • Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb 23.01.2025
  • BNMİ-nin növbəti əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb 23.01.2025