Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
15.10.2024
Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 17000 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən 36 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartdan 175 manatını oğurlamaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartdan 175 manatını oğurlamaqda şübhəli bilinən 33 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Z.Xalidoğlu saxlanılıb
Oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən 6200 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Xalidoğlu müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən İ.Həsənov və bir qadın saxlanılıblar
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı İ.Həsənov və 33 yaşlı qadın müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 39 yaşlı T.İbrahimov, digər evdən 5000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 38 yaşlı R.Heydərov, 25 yaşlı N.Əhmədzadə və 32 yaşlı Ə.Məhərrəmli saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən K.Abdullayev saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 1700 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən 24 yaşlı K.Abdullayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Suraxanı rayonu Binə qəsəbəsində evlərin birindən pul oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Suraxanı rayonu Binə qəsəbəsində evlərin birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.Oktyabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 6 tüfəng və 1 patron darağı aşkar edərək götürüblər.
Ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 15-də ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.