Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

BNMİ-nin növbəti əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb

23.01.2025

Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube linki - https://www.youtube.com/watch?v=x_mUAn8fzkQ

23.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub 23.01.2025
  • Binəqədi rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb 23.01.2025
  • Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb 23.01.2025
  • Sabunçu rayonunda oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb 23.01.2025
  • Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Səfixanlı və O.Qarayev saxlanılıb 23.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 23.01.2025
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 23.01.2025
  • Ümumi çəkisi 97,2 kiloqrama yaxın narkotik vasitə və 80 ədəd metadon aşkar olunaraq götürülüb 23.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 23.01.2025
  • Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib 23.01.2025
  • Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb 23.01.2025
  • Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb 23.01.2025
  • BNMİ-nin növbəti əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb 23.01.2025