Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunda 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən M.Təhməzli saxlanılıb
19.12.2024
Səbail rayonunda 2 avtomobildən oğurluq barədə polisə məlumatlar daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Badamdar qəsəbəsi ərazisində “VAZ-2107” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul, bank kartı və sənədlər olan pulqabıların oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Təhməzli müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin Xəzər bağlar sahəsində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən M.Ağayev saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xəzər bağlar sahəsində yerləşən evlərin birindən 18500 manat pul, digər 2 evdən isə 200 manat dəyərində elektrik naqili və təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı M.Ağayev saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə və 450 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 19-da ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 450 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 10 tüfəng və 751 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə polis profilaktik tədbir keçirib
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı Sumqayıt şəhərində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə məlumat verilib.Şəhər ərazisində keçirilən profilaktik tədbirlərin davamı olaraq avtomobili spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən və sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən aşkar olunublar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
18.12.2024
Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununu oğurlamaqda şübhəli bilinən C.Hacıyev saxlanılıb
Sabunçu rayonu ərazisində baş vermiş oğurluqla bağlı polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla dekabrın 16-da Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununun oğurlandığı məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən E.Haqverdiyev saxlanılıb
Səbail RPİ 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.