Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonu ərazisində yerləşən 3 mağazadan müxtəlif vaxtlarda ümumilikdə 1500 manat məbləğində oğurluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
17.12.2024
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsi V massivində yerləşən 3 mağazadan müxtəlif vaxtlarda ümumilikdə 1500 manat məbləğində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı O.İsmayılov, 23 yaşlı F.Yolçuyev və 20 yaşlı A.Cəfərov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 304 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 17-də ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə, həmçinin 304 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 5 tüfəng, 32 patron darağı və 206 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
16.12.2024
Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonu ərazisində yerləşən şirkətdən və bir evdən oğurluq etməkdə şübhəli bilinən H.Quluzadə saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən şirkətdən və bir evdən oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub. Araşdırmalarla Xaşaxuna bağlar sahəsində yerləşən şirkətin həyətindən 15000 manat dəyərində su mühərriklərinin, Qala qəsəbəsi ərazisində isə bağ evindən 4000 manat dəyərində tikiş aparatı və naqil oğurlandığı məlum olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 29 yaşlı H.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən T.Telmanzadə saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən 27 yaşlı T.Telmanzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.