Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
11.12.2024
Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı S.Qubadlı müəyyən olunaraq saxlanılıb.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus soyuducuları sataraq 15700 manat pulu mənimsəməkdə şübhəli bilinən C.Qubadov saxlanılıb
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub. Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində müxtəlif vaxtlarda 4 moped və 1 motosiklet oğurlamaqda şübhəli bilinən F.Abdullazadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində müxtəlif vaxtlarda 4 nəfərin mopedlərini oğurlamaqda, bir nəfərin isə “Tufan” markalı motosikletini qaçırmaqda şübhəli bilinən 30 yaşlı F.Abdullazadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Metronun Qara Qarayev stansiyasında bir qadının pulqabısını oğurlamaqda şübhəli bilinən P.Umudov saxlanılıb
Metropolitendə Polis İdarəsinə müraciət edən bir qadın Qara Qarayev stansiyasında içərisində pulu, bank kartı və sənədi olan pulqabısının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Umudov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən iaşə obyektindən pul oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iaşə obyektindən 5500 manat pul oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir qadının çantasınınoğurlamaqda şübhəli bilinən N.Maqantayev saxlanılıb
Nəsimi rayonu ərazisində bir qadının içərisində 280 manat pulu, 1000 manat dəyərində geyim və kosmetik əşyaları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı N.Maqantayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədidə oğurluğa görə saxlanılan şəxsin Xəzər rayonunda da analoji əməllər törətməsi müəyyən olunub
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov saxlanılıb.Onun Xəzər rayonunun Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 1560 ABŞ dolları, 2100 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 4 patron darağı və 46 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 11-də ümumi çəkisi 17,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.