Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib
08.12.2024
Polis əməkdaşlarının dekabrın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
07.12.2024
Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən E.Süleymanov və A.Kərimzadə saxlanılıblar
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 7-də Sahil qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 28 yaşlı E.Süleymanov və A.Kərimzadə müəyyən olunaraq saxlanılıblar.Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Z.Dərgahov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dekabrın 7-də rayon ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Z.Dərgahov saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən pul oğurlamaqda şübhəli bilinən O.İslamov saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb.
Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yerləşən bir yarımtikilidən elektrik naqili və təmir alətləri oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 7-də Bilgəh qəsəbəsi ərazisində yerləşən bir yarımtikilidən 3000 manat dəyərində elektrik naqili və təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
06.12.2024
Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.