Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub
19.10.2024
Oktyabrın 19-da ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Səbail rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində “BMW” markalı avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobildən içərisində 570 manat pul, sənədlər, bank kartları olan pulqabı və 600 manat dəyərində ətir oğurlanması, sonradan həmin kartlarla ümumilikdə 1090 manat dəyərində alış-veriş edilməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törədən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Onların qəsəbə ərazisində “BMW” və “Chevrolet” markalı daha iki avtomobildən müxtəlif üsul və vasitələrlə oğurluq etmələri müəyyən edilib. Araşdırma aparılır.
Paytaxtda maşın qaçıranlar saxlanıldı
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Qarayev müəyyən olunaraq saxlanılıb. Avtomobil Binə qəsəbəsi ərazisində aşkar olunub.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Binəqədi qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Avtomobil M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində aşkar olunub.Faktlarla bağlı araşdırmalar aparılır.
Kafedə müştərinin pulunu oğurlayan şəxslər saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdsaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birində müştərinin 750 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən 23 yaşlı V.Fərəcov və əvvəllər məhkum olunmuş 21 yaşlı İ.Eynişov müəyyən olunaraq saxlanılıb. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdsaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən kafedə bir nəfərin 1000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı V.Şamiyev saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
18.10.2024
Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Oğurladığı pulları mərc oyunlarında uduzan şəxs saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35000 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 yaşlı L.Babayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Oktyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 qumbara, 2 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 18-də ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 1 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oğurluq əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı N.Gülümcanov saxlanılıb
Nərimanov rayonunda yerləşən 2 mağazadan ümumilikdə 4500 manatlıq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı N.Gülümcanov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.