Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən B.Eyvazov saxlanılıb
09.12.2024
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 20000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Polis Nəsimi və Binəqədi rayonlarında oğurluqda şübhəli bilinən 4 nəfəri saxlayıb
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən şəxs 20 Yanvar küçəsindən 1500 manat dəyərində mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən mağazada bir nəfərin 250 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 51 yaşlı R.Rəhimov saxlanılıb.Binəqədi rayonu ərazisində isə iaşə obyektlərinin birində 2 nəfərin ümumilikdə 1200 manatını oğurlamaqda şübhəli bilinən 22 yaşlı İ.Şabanlı Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları Sumqayıtda və Abşeron rayonunda mobil telefon oğurluğunda şübhəli bilinən 4 nəfəri saxlayıb
Sumqayıt şəhəri ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 26 yaşlı S.Abıdov Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı M.Sənəliyev, 40 yaşlı Z.Fərzalıyev və 49 yaşlı Z.Məlikzadə müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 11 tüfəng, 4 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 19 cinayətin açılması təmin olunub
08.12.2024
Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 17, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhərində bir qadının pulqabısını oğurlamaqda şübhəli bilinən S.Atakişiyev saxlanılıb
Sumqayıt şəhərində bir qadının pulqabısı oğurlanıb. Polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 7-də və 8-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.