Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Ə.Əhmədov saxlanılıb
22.10.2024
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin 500 manat dəyərində 2 ədəd akkumulyatorunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Ə.Əhmədov saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 8 tüfəng, 5 patron darağı və 3698 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 22-də ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 30 cinayətin açılması təmin olunub
21.10.2024
Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Beş nəfəri dələduzluq yolu ilə aldatmaqda və bank kartlarından oğurluq etməkdə şübhəli bilinən P.Abbasov saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 5 nəfəri dələduzluq yolu ilə aldatmaqda və bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 20 yaşlı P.Abbasov saxlanılıb. Onun qanunsuz əməlləri nəticəsində zərərçəkənlərə 2235 manat maddi ziyan vurduğu müəyyən edilib. P.Abbasovun digər analoji cinayətlərdə iştirak edib-etməməsinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.
Nəsimi rayonunda ötən gün qeydə alınan cinayətlər zamanı 4 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ötən gün rayon ərazisində qeydə alınmış cinayətlərə qarşı tədbirlər keçirib. Nəticədə bir nəfərdən hədə-qorxu ilə 1000 manat tələb edən 24 yaşlı E.Qədirli, bir nəfərin 12000, digər şəxsin isə 2550 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 31 yaşlı E.Musayev və 34 yaşlı E.Nadirli, bir mənzildən 1000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı İ.Hacıyev müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən B.Abdullayev saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Əmircan qəsəbəsində mağazaların birindən 450 manat pul, 1000 manat dəyərində qızıl boyunbağı və tütün məmulatları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 36 yaşlı B.Abdullayev saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə və avtomobilə ziyan vurmaqda şübhəli bilinən M.Həsənov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 5 mağazadan ümumilikdə 3200 manat, 3 aptekdən 1150 manat, bir avtomobildən 500 manat, 2 bank kartından 200 manat oğurlamaqda və “Toyota” markalı bir avtomobilə ziyan vurmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Həsənov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.