Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
18 il əvvəl törədilmiş cinayət əməlinin üstü açılmışdır
16.12.2021
Polis və prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilmiş cinayət əməlinin üstü açılmışdır. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilmişdir. Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.
Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslərin narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmişlər. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 206-cı maddələri ilə onların barəsində protokollar tərtib olunmuşdur. Binəqədi rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün, E.Hüseynov isə 1 ay müddətinə inzibati qaydada həbs edilmişlər.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar. Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi “VAZ-2106”, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mercedes” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Salyan rayon məhkəməsinin qərarı ilə Q.Cəbiyev 1 il, Abşeron rayon məhkəməsinin qərarları ilə M.Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Xətai rayonunda 4 evdən oğurluq edən qardaşlar saxlanılıblar
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər. Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib. Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.12.2021
Binəqədi rayonu Novxanı yolunda “Opel” və “Audi” markalı avtomobillər toqquşmuşdur
Dekabrın 15-də saat 23 radələrində Binəqədi rayonu Novxanı yolunda K.Verdiyevin idarə etdiyi “Opel” və Əbülfət Mövsümovun idarə etdiyi “Audi” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Mövsümov hadisə yerində ölmüşdür. Binəqədi RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Khazar” markalı avtomobillə paytaxt sakini V.Ələkbərov vurulmuşdur
Dekabrın 15-də saat 15 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində A.Qurbanov idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən paytaxt sakini Vahid Ələkbərovu vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Xəzər RPİ-də araşdırma aparılır.
Ağsu şəhəri ərazisində “Ford” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
Dekabrın 15-də saat 15 radələrində Ağsu şəhəri ərazisində İ.Cəbrayılovun idarə etdiyi “Ford” və Ramil İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Xəsarət almış R.İsmayılov xəstəxanaya aparılarkən yolda ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilmişdir. Ağsu RPŞ-də araşdırma aparılır.