Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Münaqişə zəminində Sabirabad rayon sakini M.Dərgahlıya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən O.Qaçayev tutularaq istintaqa təhvil verilmişdir
13.12.2021
Ağsu Rayon Polis Şöbəsinə dekabrın 13-də Padarqışlaq kəndi ərazisində Sabirabad rayon sakini Məmmədkərim Dərgahlının öldürülməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla kənd sakini O.Qaçayevin aralarında yaranmış münaqişə zəminində M.Dərgahlıya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən “Chevrolet” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Tağıyev və sərnişini saxlanılmışlar
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmişlər. Araşdırma aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar. Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-2106”, Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi “Toyota” və Kamran Əbilovun idarə etdiyi “Toyota”, Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi “Kia”, Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi “VAZ-2106”, Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi “Renault”, Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi “Mercedes”, Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov 1 il, K.Əbilov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Oruclu 5 gün müddətinə inzibati həbs edilib, Qaradağ rayon məhkəməsinin qərarları ilə F.Abbaslı 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, İ.Hidayətov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Abşeron rayonunda işə getmək üçün yaşayış yerlərini tərk edən koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır.
12.12.2021
Bakıda polis əməkdaşları ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirib
Axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılmışdır
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan “Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülmüşdür.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.
11.12.2021