Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Masallı rayonunun Qarğalıq kəndində yaşayan B.Ağamalıyev ov tüfəngindən açdığı atəşlə özünü yaralamışdır
17.12.2021
Masallı Rayon Polis Şöbəsinə dekabrın 17-də Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür. B.Ağamalıyev xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən 50.000 manat pulu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən cari il noyabr ayının 15-dən dekabrın 14-dək olan müddətdə 50.000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kazımov və Tərtər rayon sakini R.Ağazadə müəyyən edilərək saxlanılmışlar.
Yasamal rayonu ərazisində saxlanılmış Kürdəmir rayon sakini A.Fətəliyevadan heroin, metamfetamin və elektron tərəzi götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürdəmir rayon sakini A.Fətəliyeva paytaxtın Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 98 qram heroin, 49 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində idarə etdiyi avtomobillə Bakı şəhər sakini A.İbrahimlini vurmuş sürücü F.Rəsulov saxlanılmışdır
Dekabrın 17-də saat 11 radələrində Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.İbrahimli vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Yasamal RPİ-nin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Fiat” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini F.Rəsulov saxlanılmışdır. Yasamal RPİ-də araşdırma aparılır.
Narkotik vasitə qəbul edərək avtomobil idarə edən Salyan rayon sakini P.Əmirxanov Şəmkir rayonu ərazisində saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 17-də Salyan rayon sakini Polad Əmirxanovun idarə etdiyi “Kia” markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə P.Əmirxanov 400 manat məbləğində cərimələnib.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 16-da Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş İlham Quliyevin idarə etdiyi “Khazar” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Şəxsi axtarış zamanı onun üzərindən marixuana aşkar edilərək götürülüb.
İmişli şəhəri ərazisində yaşayan S.Məmmədovaya qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılmışdır
İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 5 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girmiş qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində münaqişə zəminində həmyerlisi Ş.Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etmiş Pirşağı qəsəbə sakini R.Hacıyev saxlanılmışdır
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.