Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İçərisində 1200 manat pul, bankomat kartı və sənədlər olan pulqabısının oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
14.12.2021
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dekabrın 14-də bir əcnəbi vətəndaşın içərisində 1200 manat pul, bankomat kartı və sənədlər olan pulqabısının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Bukavadze, əmisi oğlu M.Bukavadze və Yevlax rayon sakini A.Bəkirov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova vətəndaşlara saxta “Covid-19” pasportu verdiyi üçün saxlanılmışdır
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta “Covid-19” pasportu verdiyi üçün saxlanılmışdır. Araşdırma aparılır.
Göyçay rayonunun Bığır kənd sakini E.Rəşidovdan narkotik vasitələr, odlu və soyuq silah aşkar edilərək götürülmüşdür
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bığır kənd sakini E.Rəşidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan tiryək, 1 ədəd bıçaq, evinə baxış zamanı isə qanunsuz saxladığı “TOZ-25” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Kürdəmir rayonunun Atakişili kənd sakini İ.Məlikov saxlanılmışdır
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 2 evdən pul, mobil telefon və 5340 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş İ.Məlikov saxlanılmışdır.
2 evdən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini S.Dursunov saxlanılmışdır
Xətai RPİ 36-cı Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 1560 manat pul və 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini S.Dursunov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini M.Səfərov saxlanılmışdır
Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 200 manat pul və 1000 manat dəyərində qızıl-zinə əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini M.Səfərov saxlanılmışdır.
Bakı şəhər sakini A.Babayevdən heroin, beşbarmaq və 2 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, beşbarmaq və 2 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür.
Binə qəsəbə sakini İ.İsmayılov saxlanılmışdır
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Dayısı oğlu Çingiz Vəlizadəni qəsdən öldürməkdə şübhəli bilinən Ə.Əsgərov tutularaq istintaqa təhvil verilmişdir
Ağstafa Rayon Polis Şöbəsinə dekabrın 14-də Köçəsgər kəndi ərazisində kənd sakini, 20 yaşlı Çingiz Vəlizadənin öldürülməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla Köçəsgər kənd sakini Əli Əsgərovun münaqişə zəminində dayısı oğlu olan Ç.Vəlizadəyə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar. Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində yerləşən Ekoloji Nəzarət Bölüyü postunda Bakı şəhər sakinləri Novruz Qasımovun idarə etdiyi “Hyundai” və Musa Tağıyevin idarə etdiyi “Chevrolet”, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yerləşən postunda isə Bakı şəhər sakini Fərid Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. M.Tağıyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci, F.Əliyev və N.Qasımov barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub. Abşeron rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün müddətinə inzibati qaydada həbs, N.Qasımov 6 ay müddətinə, Sabirabad rayon məhkəməsinin qərarı ilə isə F.Əliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.