Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonunun Nazırlı kəndi ərazisində “Hyundai” markalı avtomobil su kanalına aşmışdır
18.12.2021
Dekabrın 18-də saat 23 radələrində Bərdə rayonunun Nazırlı kəndi ərazisində kənd sakini Cövdət Orucov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı su kanalına aşırmış və nəticədə hadisə yerində ölmüşdür. Bərdə RPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini R.Məmmədova vurulmuşdur
Dekabrın 18-də saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Q.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəşidə Məmmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən İ.Mirzəyev avtomobillə birgə saxlanılmışdır
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 18-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindən qəsəbə sakini N.Mirzəyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Mirzəyevin oğlu, əvvəllər məhkum olunmuş İ.Mirzəyev avtomobillə birgə saxlanılmışdır. Sabunçu RPİ-də araşdırma aparılır.
Xırdalan şəhərində münaqişə zəminində oğlu T.Əhmədova bıçaqla xəsarət yetirmiş və öz arvadını öldürmüş A.Əhmədov tutularaq istintaqa təhvil verilmişdir
Abşeron Rayon Polis İdarəsinə dekabrın 18-də saat 15 radələrində Xırdalan şəhərində yaşayan Taleh Əhmədovun evinə gəlmiş atası Ağaməhəmmədin münaqişə zəminində bıçaqla ona xəsarət yetirməsi, öz arvadı Bəstini isə öldürməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. T.Əhmədov xəstəxanaya yerləşdirilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əhmədov tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı cinayət işi başlanılıb.
Suraxanı rayonunda “rent a car” götürdüyü avtomobili heroinin təsiri altında idarə edən sürücü saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar. Qaradağ rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Pərviz Ağarzayevin idarə etdiyi “Hyundai”, Şəmkir rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Taleh Bədəlovun idarə etdiyi “KİA”, Balakən rayonunun Hənifə kəndi ərazisində isə kənd sakini Məmməd Hüseynovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin və M.Hüseynovun sərnişini Ayaz Osmanoğlunun narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 206, 333.1, 327.1 və 333.2-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Qaradağ rayon məhkəməsinin qərarı ilə P.Ağarzayev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat, Şəmkir rayon məhkəməsinin qərarı ilə T.Bədəlov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimələniblər. M.Hüseynov və A.Osmanoğlu barəsində isə protokollar tərtib edilərək Balakən rayon məhkəməsinə göndərilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.
Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 17-də saat 21 radələrində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində rayon sakini Q.Qurbanov idarə etdiyi “VAZ-21013” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə vurmuş və nəticədə hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Z.Seyidov saxlanılmışdır
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Z.Seyidov saxlanılmışdır.
Sumqayıt şəhəri ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt sakini Z.Milanov saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 2 dönərxanadan pul və velosiped, 1 mağazadan geyim əşyaları, 1 sexdən qol saatı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Z.Milanov saxlanılmışdır.