Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
11.12.2021
Dekabrın 11-də saat 18 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Novxanı kənd sakini E.İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Aygün Nuiyevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhər sakini C.Məmmədovdan pnevmatik tapança və 1 ədəd səsboğucu aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədovdan pnevmatik tapança və 1 ədəd səsboğucu aşkar edilərək götürülmüşdür.
Müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 6 baş inək və 4 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayonunun Soltankənd kənd sakinləri tutulmuşlar
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-nə keçən gecə Z.Davidovun yaşadığı Soltankənd kəndindəki evin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinənlər - qardaşı V.Davidov, rayon sakinləri E.Pirverdiyev, R.Qədirov və Ə.Tarverdiyeva saxlanılmışlar.Ətraflarında aparılmış tədbirlərlə onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 6 baş inək və 4 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 11-də və 12-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Soyğunçuluqda şübhəli bilinən Ucar şəhər sakini A.Sadıqov saxlanılmışdır
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da E.Abbasovun cibindən 400 manat pulu və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini A.Sadıqov saxlanılmışdır.
Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yol-nəqliyyat ahdisəsi
Dekabrın 11-də saat 4 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Qazax rayon sakini Ü.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə Ü.Əliyevin sərnişini Anar Bayramov hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Maştağa qəsəbə sakinləri F.Rzazadə, E.İsgəndərzadə və B.Agilov saxlanılmışlar
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən dekabrın 11-dək olan müddətdə Maştağa qəsəbəsi Savalan yeni yaşayış sahəsindəki evlərin birindən 3000 manat dəyərində elektrik naqili və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri F.Rzazadə, E.İsgəndərzadə və B.Agilov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların dekabrın 1-dən 11-dək olan müddətdə daha 2 evdən ümumilikdə 1400 manat dəyərində tikinti alətləri və elektrik naqili oğurlamaları da müəyyən edilmişdir.
Bərdə rayonunun Dəymədağıldı kənd sakini S.Həsənova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən C.Məmmədov könüllü olaraq Rayon Polis Şöbəsinə gəlmiş və hadisədə istifadə etdiyi ov tüfəngini təhvil vermişdir
Bərdə Rayon Polis Şöbəsinə dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. S.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq Rayon Polis Şöbəsinə gəlmiş və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil vermişdir.Araşdırma aparılır.
Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
Dekabrın 11-də saat 17 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini R.Qasımlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qax rayon sakini Elnur Hacıxanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Nizami RPİ tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhər sakini, ruhi xəstə S.Abbasovun intihar cəhdinin qarşısı alınmışdır