Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

15.12.2021

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.  Bakı-Quba yolunun Abşeron rayonu ərazisində Ağdam rayon sakini Sahil Şükürovun idarə etdiyi “VAZ-21043”, Bakı-Qazax yolunun Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisindəki postda Gəncə şəhər sakini Samir Lələyevin idarə etdiyi “BMW”, Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Siracəddin Əhmədovun idarə etdiyi “Mercedes” və Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Nizamikənd kəndi ərazisində Beyləqan rayon sakini Rahib Süleymanovun idarə etdiyi “VAZ-21725” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.     Abşeron rayon məhkəməsinin qərarı ilə S.Şükürov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün, Yevlax rayon məhkəməsinin qərarları ilə S.Lələyev 15 gün, S.Əhmədov isə 5 gün müddətinə inzibati qaydada həbs ediliblər, Sabirabad rayon məhkəməsinin qərarı ilə R.Süleymanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimələnib.Bu istiqamətdə tədbirlər davam etdirilir.