Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır
10.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 3 kiloqram narkotik maddə aşkar edilib
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib. Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib. Səbail Rayon Polis İdarəsində saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxlərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən silah-sursat tapılmışdır
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsi ərazisindən 2 ədəd nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi və 46 ədəd müxtəlif çaplı patron tapılmışdır.
Bakı şəhər sakini İ.Nadirliyə məxsus avtomobildən pul və videokamera oğurlamaqda şübhəli bilinən Ə.Qasımov saxlanılmışdır
Nəsimi rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Şabran rayon sakini T.Kazımov saxlanılmışdır
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş T.Kazımov saxlanılmışdır.
“VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Kətanov avtomobillə birgə saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Tayıbova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Kətanov avtomobillə birgə saxlanılmışdır.
Xətai rayonu ərazisində B.Məsiməliyevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən E.Abbasov saxlanılmışdır
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məsiməliyevə məxsus mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasov saxlanılmışdır.
Sumqayıt şəhər sakini E.Əliyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən İ.İbişli avtomobillə birgə saxlanılmışdır
Göygöl rayonu ərazisində Kəlbəcər rayon sakini F.Həsənova qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Göygöl Rayon Polis Şöbəsinə dekabrın 9-da Quşqara kəndi ərazisində 3 nəfərin Kəlbəcər rayon sakini F.Həsənovun 1900 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri K.Əliyev, E.Mahmudov və H.Tağızadə müəyyən edilərək saxlanılmışlar.
Şəmkir rayonu ərazisində kirayədə yaşayan A.Zeynalovaya qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Misirov paytaxt ərazisində saxlanılmışdır
Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15.000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olmuşdur. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə birgə saxlanılmışdır.