Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu ərazisində saxlanılmış Salyan rayon sakini R.Əkbərovdan metamfetamin, heroin və 2 ədəd elektron tərəzi götürülmüşdür
20.12.2021
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini R.Əkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin, heroin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini O.Əliyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılmışlar
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-nə keçən gecə rayon ərazisindən Bakı şəhər sakini O.Əliyevə məxsus “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Ö.İsmayıllı və A.Ədilov avtomobillə birgə saxlanılmışlar. Araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
19.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 13 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.
Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakini İlahə İsmayılova saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Özlərini dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb
Dekabrın 18-də Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib. O, tanımadığı 2 nəfərin özlərini guya dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri blankların, həmçinin vəsiqələrinin saxta olduğu müəyyən edilib. Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdikləri pul vəsaiti və digər sübutlar aşkar olunaraq götürülüb. Arif Məmmədov və Xaliq Rəhimov ifadələrində etdikləri qanun pozuntusunu etiraf edərək eyni əməlləri paytaxtın Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında fəaliyyət göstərən bəzi apteklərdə də törətdiklərini bildiriblər.
Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 19-da saat 19 radələrində Şəmkir şəhəri ərazisində İran vətəndaşı J.Abolfazl idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə yolu keçən Gəncə şəhər sakini Sənan Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 19-da saat 19 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini A.Axundov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmyerlisi Rüfət Səlimovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xaçmaz RPŞ-də araşdırma aparılır.
Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 19-da saat 22 radələrində Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində kənd sakini Qadir Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir. Lənkəran ŞRPŞ-də araşdırma aparılır.