Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
14.12.2021
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılmışdır.
13.12.2021
Qəbələ rayon sakini A.Abizadəyə məxsus həyətyanı sahədən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Abizadəyə məxsus həyətyanı sahədən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakinləri E.Pirverdiyev, Ə.Tarverdiyeva, V.Qədirov saxlanılmışlar. Araşdırma aparılır.
Göygöl rayonu ərazisində 3 mağazadan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini S.Hüseynov saxlanılmışdır
Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılmışdır. Araşdırma aparılır.
Xətai rayonunun M.Hadi küçəsindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Tağıyev saxlanılmışdır
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dekabrın 12-də saat 21 radələrində M.Hadi küçəsindən F.Məmmədliyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Tağıyev saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsinin ərazisindəki binaların birindən kombi, qaz sobası, radiator və stablizatorlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 6-da Ramana qəsəbəsinin ərazisindəki binaların birindən 17250 manat dəyərində kombi, qaz sobası, radiator və stablizatorlar oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini N.Kazımov və Şəki şəhər sakini A.Məmmədov saxlanılmışlar. Araşdırma aparılır.
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb. Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 2 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.