Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır
16.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “KİA” və “Mercedes” markalı yük avtomobilləri toqquşmuşdur
Dekabrın 16-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Əli Nuriyevin idarə etdiyi “KİA” markalı və Ə.Babayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə “KİA” markalı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. Qaradağ RPİ-də araşdırma aparılır.
Qazax rayonunun Məzəm kəndi ərazisində “VAZ-21074” markalı avtomobillə rayon sakini F.Mərdanov vurulmuşdur
Dekabrın 16-da saat 13 radələrində Qazax rayonunun Məzəm kəndi ərazisində kənd sakini E.Alıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun kənarında dayanmış Abbasbəyli kənd sakini Faiq Mərdanovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Qazax RPŞ-də araşdırma aparılır.
Ağstafa rayonunun Poylu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpılmışdır
Dekabrın 16-da saat 17 radələrində Ağstafa rayonunun Poylu kəndi ərazisində şəhər sakini Nicat Tağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Ağstafa RPŞ-də araşdırma aparılır.
İsmayıllı rayonunun Sumağalı kəndi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Ə.Şıxıyev saxlanılmışdır
İsmayıllı Rayon Polis Şöbəsinə dekabrın 14-də saat 2 radələrində Sumağalı kəndi ərazisindən kənd sakini B.Səmədova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Bakı şəhər sakini S.Alxanovanın bank hesabından pulunu oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini A.Bayramov saxlanılmışdır
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2500 manat pulunun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ə.Ələkbərov saxlanılmışdır
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 3-də Maştağa qəsəbəsindəki evlərin birindən 1000 manat pul, 2200 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Ələkbərov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 1450 manat pul, 2200 manat dəyərində qızıl-zinət əşyaları və 1800 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Balabəyov “Kia” markalı avtomobili ilə hərəkətdə olarkən saxlanılmışdır
Paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Balabəyov “Kia” markalı avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılmış və Biləsuvar Rayon Polis Şöbəsinə təhvil verilmişdir.Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın metamfetamin və 2 ədəd bıçaq, avtomobilə baxış zamanı isə 34 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Oğurluq etdiklərinə görə tutulmuş Göygöl rayon sakinləri E.Hüseynovun və Q.Məmmədovun Çaykənd kənd sakinlərinə məxsus 3 baş inəyi və 7 rəst atı oğurlamaları da müəyyən edilmişdir
Baş Cinayət Axtarışı İdarəsi və Göygöl RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş E.Hüseynovun və Q.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların 2019-cu ildən 2020-ci ilin dekabr ayınadək olan müddətdə Çaykənd kənd sakinlərinə məxsus 3 baş inəyi və 7 rəst atı oğurlamaları da müəyyən edilmişdir.