Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda narkokuryerliklə məşğul olan “bloger” saxlanılıb

14.01.2022

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində “İnstagram” sosial şəbəkəsində blogerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib. Qeyd edək ki, Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli imiş. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında polislər tərəfindən saxlanılaraq  Bölməyə gətirilib.15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər – Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıb. Bu şəxslərdən də narkotik maddə olan heroin aşkar olunub. Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.Narkotik vasitələrin Sabunçu  rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sabunçu rayonunda işlədiyi obyektdən və evdən ümumilikdə 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar

14.01.2022

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində  metal konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən əvvəllər məhkum olunmuş Muraz Süleynmanov, onun tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar. Araşdırma zamanı onların M.Süleymanovun təklifi ilə həmin obyektdən iki dəfə metal konstruksiyalar oğurladıqları məlum olub.Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb. Qeyd edək ki, Novruz Hacıyev hadisə baş verən evdə usta işləyib. Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.