Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinərək saxlanılmış Bərdə şəhər sakini S.Kamranzadənin axtarışda olması da müəyyən edilmişdir
21.12.2021
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir çay evindən soyuducu mühərriki və tənzimləyici, 2 həyətyanı sahədən naqil, soyuducu mühərriki və metal qırıntıları, su qızdırıcısı, bir evdən və bir yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Kamranzadə saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) axtarışda olması da müəyyən edilmişdir.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılmışdır
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələt qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus yarımstansiyadan 12 ədəd elektrik boşaldıcısı, 200 metr naqil və mühafizə paneli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 4 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.
Nərimanov rayonunda narkotik vasitələrin onlayn satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha iki nəfər - paytaxt sakini Cabir Əliməmmədov və əvvəllər məhkum olunmuş Azər Kərimov tutulublar. Onların üzərindən 42 bükümdə çəkisi 50 qrama yaxın satış üçün qablaşdırılan heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını bildiriblər.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində “Lexus” markalı avtomobillə Xızı rayon sakini Ş.Nəcəfov vurulmuşdur
Dekabrın 20-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Bədəlov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Xızı rayon sakini Şirxan Nəcəfovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ-də araşdırma aparılır.
Binəqədi rayonu Fatmayı bağlar sahəsində “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ö.Ələsgərov vurulmuşdur
Dekabrın 20-də saat 13 radələrində Binəqədi rayonu Fatmayı bağlar sahəsində Bakı şəhər sakini F.Xubyarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ömər Ələsgərovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ-də araşdırma aparılır.
Bakı şəhər sakini C.Əlməmmədovdan metamfetamin və heroin götürülmüşdür
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əlməmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür.