Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərində ilin əvvəlindən bu günə kimi müxtəlif qayda pozuntularına yol verən sürücülər barəsində 51500 inzibati protokol tərtib edilib
22.12.2021
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər planına uyğun olaraq şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Tədbir zamanı əvvəlcə avtobus dayanacaqlarını və yollarını zəbt edən sürücülər müəyyən edilərək barələrində tədbir görülüb. Sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadaların yol hərəkəti qaydalarını pozması hallarının qaşısının alınması məqsədi ilə ol polisləri profilaktik işlər görüb. Mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılmışdır.
21.12.2021
- Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 21-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini T.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Əvəz Sevdimalıyevi vurmuşdur. Ə.Sevdimalıyev xəstəxanaya aparılarkən yolda ölmüşdür. Abşeron RPİ-də araşdırma aparılır.
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
Dekabrın 21-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Zərdab rayon sakini N.Rəsulov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Ramiyə Səfərovanı və Bakı şəhər sakini A.Əşrəfovanı vurmuşdur. Nəticədə R.Səfərova hadisə yerində ölmüş, A.Əşrəfova xəstəxanaya yerləşdirilmişdir. Nərimanov RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 21-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əsgərov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Zahid Kazımovu və həyat yoldaşı Möhtərəmi vurmuş, nəticədə onlar hadisə yerində ölmüşlər. Xəzər RPİ-də araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş Z.Milanovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Z.Milanovun ətrafında aparılan tədbirlərlə onun bir gözəllik salonundan pul, digər gözəllik salonundan saçkəsən aparat, bir mağazadan 533 manat dəyərində geyim əşyaları, digər bir mağazadan isə 250 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.
10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Xəlilov saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xəlilov saxlanılmışdır.
Velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Ağayev saxlanılmışdır
Bakı şəhər sakinləri M.Əlihüseynov və Ç.İmaməliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Əlihüseynov və əvvəllər məhkum olunmuş Ç.İmaməliyev Binəqədi rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Əlihüseynovdan 38 qramdan artıq heroin, 4 qramdan artıq metamfetamin, Ç.İmaməliyevdən isə 6 qramdan artıq heroin, 8 qramdan artıq metamfetamin aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əlihüseynovun evinə baxış zamanı oradan əlavə 9 qramdan artıq heroin, 6 qrama yaxın metamfetamin, 1 ədəd elektron tərəzi, Ç.İmaməliyevin evinə baxış zamanı isə 110 qram heroin, 35 qram metamfetamin, 18 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Salyan rayonunun Kürqaraqaşlı kənd sakini M.Salmanovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürqaraqaşlı kənd sakini M.Salmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun kənd ərazisində icarə əsasında işlətdiyi fermaya baxış zamanı oradan qanunsuz saxladığı “İJ-16” və oranın sahibi, Salyan şəhər sakini F.Həsənova məxsus “İJ-12” markalı ov tüfəngləri də aşkar edilərək götürülmüşdür.