Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yol-nəqliyyat hadisə törətməkdə şübhəl ibilinən Gəncə şəhər sakini C.Hüseynov saxlanılmışdır
22.12.2021
Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Heydərlinin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılmışdır. Kəpəz RPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Zəngilan rayon sakini İ.Hüseynov saxlanılmışdır
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 5 avtomobildən akkumulyator və yan güzgülər oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini İ.Hüseynov saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş X.Xəlilovun müxtəlif vaxtlarda 10 evdən su sayğaclarını oğurlaması da müəyyən edilmişdir
Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş X.Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində müxtəlif vaxtlarda 10 evdən su sayğaclarını oğurlaması da müəyyən edilmişdir.
Quldurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılmışlar
Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılmışlar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1000 manat pul tələb etmələri də müəyyən edilmişdir. Araşdırma aparılır.
Lənkəran şəhər sakini E.Ağacanov və F.Əlizadə saxlanılmışlar
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Ağacanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi F.Əlizadə də müəyyən edilərək saxlanılmış, ondan da heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə F.Əlizadənin yaşadığı evə baxış zamanı oradan əlavə 4 kiloqram 20 qram heroin və elektron tərəzi götürülmüşdür.
Abşeron rayon sakini M.Həsənovun idarə etdiyi avtomobilə baxış zamanı odlu və soyuq silah aşkar edilərək götürülmüşdr
Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 22-də Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənovun idarə etdiyi “KİA” markalı avtomobil Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində yerləşən postda saxlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd patron, 1 ədəd “Blow Nagnum” markalı idman tapançası, ona aid daraq, 1 ədəd patron, 1 ədəd beşbarmaq və 1 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
500 kiloqram metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri A.Vəliyev və S.Rüstəmov saxlanılmışlar
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 22-də Keşlə dəmir yolu stansiyası ərazisindən 500 kiloqram çəkidə metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri A.Vəliyev və S.Rüstəmov saxlanılmışlar.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində yerləşən postda Gəncə şəhər sakini Sabir Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. Sabirabad rayon məhkəməsinin qərarı ilə S.Əliyev 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 22-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.