Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mingəçevir şəhiri ərazisində saxta əskinasları realizə etmiş Bərdə rayon sakini Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova saxlanılmışlar
23.12.2021
Mingəçevir Şəhər Polis Şöbəsinə dekabrın 23-də 2 nəfərin S.Dərvişovaya şəhər ərazisindəki işlədiyi çörək sexində, C.Əhmədov və R.Qurbanova isə idarə etdikləri avtomobillərdə hər birinə 20 manatlıq saxta əskinas vermələri barədə məlumat daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin əskinasları vermiş Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Musayev və Ağdam rayon sakini İ.Məmmədova müəyyən edilərək saxlanılmışlar. Onların yaşadıqları evə baxış zamanı oradan 3 ədəd 50 manatlıq, 17 ədəd 20 manatlıq, 13 ədəd 5 manatlıq və 16 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanmışdır.
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb
Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
22.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır. • Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur. • Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.• Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür. • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilmişdir.• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılmışdır.
Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər yenidən eyni əməllə məşğul olduqları üçün saxlanılıblar
Baş Narkotiklərlə Mübarizə İdarəsinin son 10 günündə keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb, onlardan 43 kiloqram narkotik vasitə aşkar edilib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar. Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.
Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində yol-nəqliyyat hadisəsi
Dekabrın 22-də saat 9 radələrində Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində Bakı şəhər sakini Əmirağa Babaliyev idarə etdiyi “Tofaş” markalı avtomobili beton yol ayrıcına vurmuş və nəticədə hadisə yerində ölmüşdür. Yasamal RPİ-də araşdırma aparılır.
Yasamal rayonu Kənar dairəvi yolda qəza hadisəsi
Dekabrın 22-də saat 9 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Bakı şəhər sakini Babaşxan Baxışov idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Lətif Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurmuşdur. Nəticədə B.Baxışov hadisə yerində ölmüş, L.Səfərov xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Lənkəran rayonununAşağı Nüvədi kənd sakini M.Camalzadə və Lənkəran şəhər sakini B.Məmmədli saxlanılmışlar
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Nüvədi kənd sakini M.Camalzadə və şəhər sakini B.Məmmədli saxlanılmışdır. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 79 qrama yaxın heroin, 25 qrama yaxın metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Xırdalan şəhər sakini Ş.Cabbarovdan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini Ş.Cabbarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini Ş.Abbasovdan 175 qramdan artıq heroin və 164 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 340 qrama yaxın - 175 qramdan artıq heroin və 164 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür. Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən edilmişdir.