Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qazax şəhəri ərazisindəki mağazaların birindən 26306 ədəd pirotexniki vasitələr götürülmüşdür
23.12.2021
Qazax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 26306 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır.
“Sədərək” ticarət mərkəzindəki mağazaların birində pirotexniki maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılmışlar
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən dekabrın 23-də Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazaların birində Bakı şəhər sakinləri N.Əsədov və A.Zeynallı pirotexniki maddələrin satışı ilə məşğul olduqları üçün saxlanılmışlar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilmişdir.
Şirvan şəhər sakini R.Ağayevdən marixuana aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülmüşdür.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində tapança və 3 ədəd patron tapılmışdır
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində yolun kənarından “Revolver” tipli tapança və 3 ədəd patron tapılmışdır.
Nərimanov rayonunun X.R.Ulutürk küçəsindəki “Azərişıq” ASC-yə məxsus transformatordan oğurluq etməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.R.Ulutürk küçəsindəki “Azərişıq” ASC-yə məxsus transformatordan 10 ədəd rele və 20 kiloqram mis oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən edilərək saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş X.Xəlilovun Binəqədi rayonu ərazisində 10 həyətdən su sayğacları oğurlaması da müəyyən edilmişdir
Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş X.Xəlilovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 10 həyətdən su sayğacları oğurlaması da müəyyən edilmişdir.
Nəsimi rayonunun Bakıxanov küçəsində idarə etdiyi avtomobillə piyadanı vuran sürücü O.Cumayev saxlanılmışdır
Dekabrın 23-də saat 13 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini S.Məmmədli müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Cumayev saxlanılmışdır.Nəsimi RPİ-də araşdırma aparılır.
Nəsimi rayonunun Bakıxanov küçəsində idarə etdiyi avtomobillə piyadanı vuran sürücü Ü.Mahmudov saxlanılmışdır
Dekabrın 23-də saat 8 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini Ş.Rəsulova müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ü.Mahmudov saxlanılmışdır. Nəsimi RPİ-də araşdırma aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 23-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi və 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar edilərək götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.