Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini K.Sadıqovdan 12 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
25.12.2021
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sadıqov Nəsimi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 12 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Qazax rayon sakini İ.İsmayılovdan 23 qrama yaxın heroin və 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazax rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş İ.İsmayılov Binəqədi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 23 qrama yaxın heroin və 7 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Yasamal rayonunda 20 nömrəli orta məktəbdə polis antinarkotik tədbir keçirib
Yasamal Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 20 nömrəli orta məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır
24.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Dekabrın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
23.12.2021
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır.
Sabunçu rayonunda dekabr ayında keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 33 nəfər saxlanılıb, onlardan 3-ü qadındır
Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində “Mercedes” markalı avtomobil ağaca çırpılmışdır
Dekabrın 24-də saat 1 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində Oğuz rayon sakini E.Rəcəbli idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurmuşdur. Nəticədə onun sərnişini Mehman Ələsgərov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir. Şəki ŞRPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhər sakini Ü.Əmiraslanovdan metamfetamin və heroin götürülmüşdür
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ü.Əmiraslanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisindəki kafelərin birindən 1100 manat pul oğurlaması da müəyyən edilmişdir.