Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
26.12.2021
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 25-də və 26-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılmışdır. • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur. • Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.• Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.• Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.
Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 25-də saat 20 radələrində Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində rayon sakini N.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səfiyə Səfərovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhəri Yaşma bağlar sahəsində yol-nəqliyyat hadisəsi
Dekabrın 25-də saat 9 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsində şəhər sakini M.Əliyev idarə etdiyi “PAZ” markalı avtobusla yolu keçən Xaçmaz rayon sakini Orxan Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Göyçay rayonunun Çarxanlı kənd sakini T.Qasımov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət almışdır
Kürdəmir rayonunun Qarasu kənd sakini F.Cəbrayılov qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olmuşdur
Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülmüşdür. F.Cəbraylov xəstəxanaya yerləşdirilmişdir. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Masallı rayonunun Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini M.Əsədzadə müəyyən edilərək saxlanılmışlar
Masallı Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılmışlar.Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilmişdir.
Oğurluqda şübhəli bilinən Oğuz rayonunun Şirvanlı kənd sakini R.Məmmədzadə saxlanılmışdır
Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvanlı kənd sakini R.Məmmədzadə saxlanılmışdır.
Narkotik maddə ilə tutulmuş R.Əhmədovun və qardaşının törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik maddə ilə tutulmuş R.Əhmədovun və qardaşının ətrafında aparılan əməliyyat tədbirləri ilə onların inşası başa çatmamış 2 evdən tikinti materialları və su sayğacları oğurlamaları da müəyyən edilmişdir.