Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu ərazisində R.İbrahimovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov saxlanılmışdır
27.12.2021
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də R.İbrahimovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən edilərək saxlanılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır. - Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur. - Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.
Gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılmışdır
26.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılmışdır. • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur. • Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.• Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır. • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilmişdir.• Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.
Binəqədi Sukanal idarəsindən iki ədəd kombi oğurlayan şəxslər saxlanılıb
Dekabr 19-da Binəqədi Sukanal idarəsindən Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4000 manat olan 2 ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov saxlanılıblar.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 27-də saat 1 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Bərdə rayon sakini Cəmaləddin Vəliyevin idarə etdiyi “Azsamand” və Bakı şəhər sakini R.Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Vəliyev hadisə yerində ölmüş, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ-də araşdırma aparılır.
Avtomobildən 200 manat pul və akkumulyator oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Musayev saxlanılmışdır
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində “VAZ-2106” markalı bir avtomobildən 200 manat pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Musayev saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Abbaslı saxlanılmışdır
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində bir evdən qızıl və gümüş əşyalar, bir həyətyanı sahədən isə kombi oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Abbaslı saxlanılmışdır.
Bakı şəhər sakinləri F.Bayramov, F.Süleymanov və qardaşı K.Süleymanovdan heroin aşkar edilərək götürülmüşdür
Nizami RPİ 23-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri F.Bayramov, F.Süleymanov və qardaşı K.Süleymanov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılmışlar
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən şirkətlərdən birinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.