Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etməkdə şübhəli bilinən Astara rayon sakini Y.Mirzəzadə saxlanılmışdır
28.12.2021
Dekabrın 28-də saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini J.Dəmirovanın içərisində 88 manat pul və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə əlindən almış Astara rayon sakini, əvvəllər məhkum olunmuş Y.Mirzəzadə qaçarkən ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Bakı ŞBPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29-cu (cinayət etməyə cəhd) və 180-ci (soyğunçuluq) maddələri ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.
Saatlı rayonunun Qırağlı kənd sakini Abdulrəhman Əliyev aldıı bıçaq xəsarətindən yerləşdirildiyi xəstəxanada ölmüşdür
Saatlı Rayon Polis Şöbəsinə dekabrın 28-də saat 15 radələrində Qırağlı kənd sakini 60 yaşlı Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Arif Əliyevlə aralarında yaranmış münaqişə zamanı onun Abdulrəhman Əliyevə, həmçinin onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzuya bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Quba rayon sakini E.Əhmədovun qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
27.12.2021
Quba Rayon Polis Şöbəsinə dekabrın 27-də saat 14 radələrində Qonaqkənd qəsəbəsi ərazisində qəsəbə sakini E.Əhmədovun ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəşdən topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur.Dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. E.Əhmədovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülmüşdür. O, xəstəxanaya yerləşdirilmişdir.
Biləsuvar rayon sakini V.Bünyatovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini V.Bünyatovdan qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi götürülmüşdür.
Sabirabad rayonu ərazisindəki evlərin birindəki seyfdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən B.Nağıyev saxlanılmışdır
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki evlərin birindəki seyfdən 2000 manat pul və 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Rüstəmli kənd sakini, əvvəllər məhkum olunmuş B.Nağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə götürülmüşdür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.
Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdakı mağazaların birindən qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən T.Təyyar saxlanılmışdır
Nizami (Gəncə) RPİ və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdakı mağazaların birindən 1200 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş T.Təyyar saxlanılmışdır.
Nəsimi rayonu ərazisində “Range Rover” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən C.Şıxıyev saxlanılmışdır
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da rayon ərazisində “Range Rover” markalı bir avtomobildən 2000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini C.Şıxıyev saxlanılmışdır.
Sabunçu rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Abdalov saxlanılmışdır
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də rayon ərazisindəki evlərin birindən 1210 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Abdalov saxlanılmışdır.
Bakı şəhər sakini Ə.Rəhmanovdan 102 qramdan çox heroin aşkar edilərək götürülmüşdür
Binəqədi RPİ 7-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Rəhmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 102 qramdan çox heroin aşkar edilərək götürülmüşdür.