Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindəki marketlərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev saxlanılmışdır
21.01.2022
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birindən 300 manat pul və 70 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev saxlanılmışdır.
Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlamaqda şübhəli bilinən S.Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılmışdır
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.Araşdırma aparılır.
Sabirabad rayon sakini N.Alışovun yaşadığı evdən marixuana və qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş N.Alışovun yaşadığı evə baxış zamanı oradan marixuana və qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Göyçay rayon sakini V.Osmanovdan marixuana, qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülmüşdür
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Qaraman kənd sakini, əvvəllər məhkum olunmuş V.Osmanovdan marixuana, qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron aşkar edilərək götürülmüşdür.
Abşeron rayon sakini E.Səmədovun idarə etdiyi avtomobildən metamfetamin və marixuana götürülmüşdür
Ağdam RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini E.Səmədovun idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı oradan metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.
Göyçay rayon sakini A.Cəlilovdan 9 qramdan artıq marixuana aşkar edilmişdir
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bığır kənd sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 9 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 269 qrama yaxın marixuana, zirzəmisindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd çətənə ştili götürülmüşdür.
Yasamal rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov qısa müddətdə avtomobillə birgə saxlanılmışdır
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə yanvarın 21-də saat 23 radələrində M.Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılmış və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.
Goranboy rayonu ərazisində idarə etdiyi avtomobillə saxlanılan rayon sakini E.Bəylərlinin narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zeynallı kənd sakini Emin Bəylərlinin idarə etdiyi “VAZ-21723” markalı avtomobil şəhər ərazisində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə protokol tərtib edilərək 400 manat məbləğində cərimələnmişdir.
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfərdən 25 kiloqramdan artıq narkotik vasitə götürülüb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkar olunub. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.Həyata keçirilən digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə. Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Abşeron, Salyan və Kürdəmir rayonlarında 50-dən artıq xırdabuynuzlu heyvan oğurlayan 3 nəfər saxlanılıb
Abşeron rayonu Qobustan kənd sakini olan bir nəfər Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən ilin dekabr ayının 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Məlumat daxil olan kimi oğurluq edən şəxslərin axtarışlarına başlanılıb. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar. Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər. Bu şəxslərin ətrafında Qobu Polis Bölməsində əlavə araşdırma aparılan zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan artıq xırdabuynuzlu heyvan oğurladıqları da müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər. Aşkar edilən faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.