Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
21.01.2022
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqi həyata keçirilib
Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 115 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 32 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Daewoo” və “BMW” markalı avtomobillər toqquşmuşdur
Yanvarın 21-də saat 1 radələrində Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində şəhər sakinləri Vidadi Xanəliyevin idarə etdiyi “Daewoo” və İ.Mütəllimovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilmiş, V.Xanəliyev ölmüşdür. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Gəncə şəhər sakini İ.Əliyevdən 430 qram marixuana və heroin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 430 qram marixuana və heroin aşkar edilərək götürülmüşdür.
İmişli rayon sakini T.Rəşidovdan 330 qram marixuana aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında İmişli rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Muradxanlı kənd sakini T.Rəşidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 330 qram marixuana aşkar edilərək götürülmüşdür.
Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri C.Hacıyev və X.Hacızadə saxlanılmışlar
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən istifadəyə yararsız 6 ədəd rels altlığını, 15 ədəd kastil, 9 ədəd rels boltu və 3 ədəd nişan lövhəsini oğurlamaqda şübhəli bilinən Köçərli kənd sakinləri C.Hacıyev və əvvəllər məhkum olunmuş X.Hacızadə saxlanılmışlar.
Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 evdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.İslamov saxlanılmışdır
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 5 evdən təmir-tikinti alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.İslamov saxlanılmışdır. Araşdırma aparılır.
Bakı şəhər sakini V.Hüseynovdan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən və “Daewoo” markalı avtomobilinə baxış zamanı oradan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür.
Səbail rayonu ərazisindəki mağazaların birindən pul və spirtli içkilər oğurlamaqda şübhəli bilinən M.Bukavadze saxlanılmışdır
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 500 manat pul və 118 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılmışdır.