Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılmışdır
22.01.2022
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən müşahidə kamerası və kosmetik ləvazimatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılmışdır
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki inzibati binaların birindən 50 ədəd pəncərə, pəncərə çərçivələri və 60 metr naqil, bir uşaq bağçasının damından isə 1200 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Şirinov saxlanılmışdır.Araşdırma aparılır.
Balakən rayonunun Tülü kənd sakini Ə.Əhmədovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 64 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tülü kənd sakini D.Seyidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana götürülmüşdür.Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana götürülmüşdür. Ə.Əhmədovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 64 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Ucar rayonunun Qaracallı kənd sakini M.Saməddinovun yaşadığı evə baxış zamanı oradan 174 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Ucar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaracallı kənd sakini H.Hacıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana götürülmüşdür.Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi M.Saməddinov saxlanılmışdır. Onun yaşadığı evə baxış zamanı oradan 174 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Kürdəmir şəhər sakini K.Bəkirovun yaşadığı evə baxış zamanı oradan 480 qram marixuana götürülmüşdür
Kürdəmir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş K.Bəkirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 480 qram marixuana götürülmüşdür.
Qanunsuz ov edən İmişli rayon sakini M.Əzimov saxlanılmışdır
Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar rayonunun 3 saylı qəsəbəsi ərazisində qanunsuz ov edən İmişli rayon sakini M.Əzimov saxlanılmışdır. Ondan qanunsuz saxladığı “Bum” markalı ov tüfəngi götürülmüşdür.
Qanunsuz ov edən Balakən rayonunun Qullar kənd sakinləri C.Rəhimov və Ə.İsmayılov saxlanılmışlar
Balakən RPŞ-nin əməkdaşları tərəfindən Qullar kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri C.Rəhimov və Ə.İsmayılov saxlanılmışlar. Onlardan 1 ədəd tir tüfəngi götürülmüşdür.
Nəsimi rayonunda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri daha 4 nəfər saxlanılıblar
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub. Əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub. Rəvan İbrahimov və Ramal Rəcəbovun ətraflarında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokueyerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər Rəvan İbrahimov və Ramal Rəcəbov tərəfindən narkokuryerliyə cəlb edikdiklərini etiraf ediblər.Saxlanılanların hər biri barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Bakıda polisin üstünə idarə etdiyi avtomobili sürərək qaçmaq istəyən narkotacir saxlanılıb
Yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub. Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb. Belə ki, polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq, onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin aşkar edilib. O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Aşkar edilən faktla 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
21.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.