Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır
30.12.2021
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Şəmkir rayonu və Müşfiqabad qəsəbəsi ərazilərində yerləşən stasionar postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıb. Şəmkir rayonu ərazisində yerləşən stasionar postda Sumqayıt şəhər sakini Yaqub Qəniyevin idarə etdiyi “Mercedes”, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postda Kamal Sadıqovun idarə etdiyi “Saturun” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə onların barəsində protokollar tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə Y.Qəniyev 400 manat məbləğində cərimələnib. Abşeron rayon məhkəməsinin qərarı ilə K.Sadıqov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
Dekabrın 30-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Sumqayıt şəhər sakini C.Quliyevin pulunu açıq talama yolu ilə aparmaqda şübhəli bilinən S.Ruhullazadə saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinə dekabrın 30-na keçən gecə 10-cu mikrorayonun ərazisində bir nəfərin şəhər sakini C.Quliyevin 350 manat pulunu açıq talama yolu ilə aparması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Ruhullazadə saxlanılmışdır. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Quba şəhəri ərazisində yerləşən avto-yuma məntəqəsindən “Jeep” markalı avtomobili qaçırmaqda şübhəli bilinən B.Şıxverdiyev saxlanılmışdır
Quba RPŞ-yə dekabrın 30-da şəhər ərazisində yerləşən avto-yuma məntəqəsində işləyən B.Şıxverdiyevin oradan “Jeep” markalı avtomobili qaçırıb, Amsar kəndi ərazisində ağaca vuraraq yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən B.Şıxverdiyev saxlanılmışdır.Quba RPŞ tərəfindən araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “QAZel” markalı avtomobil maneəyə çırpılmışdır
Dekabrın 30-da saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Nazim Quliyev idarə etdiyi “QAZel” markalı avtomobili maneəyə vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Paytaxt sakini C.Salmanovun idarə etdiyi avtomobillə paytaxt sakini Ə.Nuruşov vurulmuşdur
Dekabrın 31-də saat 1 radələrində 8 Noyabr prospektində paytaxt sakini C.Salmanov idarə etdiyi “KİA” markalı avtomobili ilə yolu keçən paytaxt sakini Əli Nuruşovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xətai RPİ tərəfindən araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini X.Tağıyeva saxlanılmışdır
Sabunçu RPİ 13-cü Polis Bölməsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisindəki evlərin birindən 720 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini X.Tağıyeva saxlanılmışdır.
Paytaxt sakini T.Babayevaya məxsus çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən O.Əliyev saxlanılmışdır
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində T.Babayevaya məxsus içərisində 20 manat pul, bank kartları və ev açarları olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Əliyev saxlanılmışdır.
“Azenco” tikinti şirkətinin anbarından 4000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Abdulov saxlanılmşdır
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə dekabrın 29-da “Azenco” tikinti şirkətinin anbarından 4000 manat dəyərində qaynaq aparatı və 5 ədəd dəmir lövhə oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Abdulov saxlanılmşdır.