Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Apteklərin birində kassadan 1300 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri N.İsmayılov və N.Mustafayeva müəyyən edilərək saxlanılmışlar
25.01.2022
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birində kassadan 1300 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri N.İsmayılov və N.Mustafayeva müəyyən edilərək saxlanılmışlar. Araşdırmalarla N.İsmayılovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almyaşev müəyyən edilərək saxlanılmışdır
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Umayev müəyyən edilərək saxlanılmışdır
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində xətt avtobusunda qəsəbə sakini olan bir qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Umayev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 312 qramdan artıq tiryək də aşkar edilərək götürülmüşdür.
Ağdaş rayon sakini F.Əfəndizadə saxlanılmışdır
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülmüşdür.Araşdırma aparılır.
12 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.İbrahimov saxlanılmışdır
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisindəki 12 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılmışdır. Araşdırma aparılır.
Masazır qəsəbə sakini K.Səfərliyə tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı Beyləqan rayon sakini B.Mürsəlov saxlanılmışdır
Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini K.Səfərlinin tüfəngdən açılmış atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə K.Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini B.Mürsəlov saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-43” markalı ov tüfəngi götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Səpnəkəran kənd sakini T.Hüseynov saxlanılmışdır
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Səpnəkəran kənd sakini T.Hüseynov saxlanılmışdır.
Cəlilabad rayonunun Ağdaş kənd sakini M.Mirzəyev qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq təhvil vermişdir
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Ağdaş kənd sakini M.Mirzəyev qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil vermişdir.
Sərxoş vəziyyətdə dənizə düşmüş Qobustan rayon sakini Ü.Nəsirov xilas edilərək xəstəxanaya yerləşdirilmişdir
Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşmüşdür. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilmişdir. Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.
Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır.